son dəqiqə SON DƏQİQƏ
Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ●

AFFA-nın "qara qəpik" davası - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 1-05-2026, 12:50

AFFA İntizam Komitəsinin son turlarla bağlı çıxardığı qərarlar artıq idman prinsiplərini çoxdan aşıb, açıq-aşkar bir "cəza teatrına" çevrilib. 


Bu rəqəmlərə, irəli sürülən bəhanələrə baxanda adamın üzündə acı bir istehza yaranır. "Neftçi" – "Qarabağ" matçındakı gərginliyi, doğurduğu rezonansı haradasa anlamaq mümkündür, lakin "Sumqayıt" – "İmişli" qarşılaşmasında kəsilən cərimələr ədalətin yox, qərəzin diktəsidir. Təsəvvür edin, stadionda cəmi 40-50 nəfərlik sadiq bir azarkeş qrupu var idi. Həmin oyunu canlı izlədik, tribunada nə kütləvi təhqir eşitdik, nə də hansısa mənfi şüara rast gəldik. ​Fit çalındıqdan sonra fanatlar doğma kollektivi çağırıb zəif çıxışa görə haqlı narazılıqlarını bildirdilər, sonra da elə oradaca barışıb qələbəni bir yerdə qeyd etdilər.


Azərbaycan futbolunda heç kimin tanımadığı AFFA nümayəndəsi xəyali protokollar uydurub. Guya tribunadakılar hakimə, idmançıya küçə söyüşü söyüblər. Bu, sadəcə yalan deyil, futbolu sevməyə çalışan bir ovuc insanı stadiondan qovmaq üçün atılan bilərəkdən addımdır.


Matç bitdikdən sonra alışdırılan məşalələrə görə pirotexnika bəhanəsi ilə cərimə üzərinə cərimə yazılıb. Dünyanın ən nüfuzlu turniri olan Çempionlar Liqasının yarımfinalında belə həmin vasitələrdən istifadə edilir. İnsanın bu vəziyyətə artıq gülməyi belə gəlmir. Nə vaxta qədər "qara qəpik" davası davam edəcək


​Xatırlayırsınızsa, Saşa İliçə məntiqə sığmayan qadağa qoyulmuşdu. Klub bununla razılaşmayaraq müraciət etdi, cavab olaraq isə "yığışmağa vaxtımız yoxdur" kimi rüsvayçı bəhanə ilə qarşılaşdı. Reallıq bununla da bitmir: "Qarabağ" – "Sumqayıt" görüşündə eyni hərəkətə görə Kadiyə bir oyunluq, Ramalinqoma isə tam başqa cəza kəsən bir qurumdan hansı dürüstlüyü gözləmək olar? Elə buna görə də "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev mətbuatda komitənin onlara qarşı sərgilədiyi ədalətsiz standartları tənqid etdi. Bundan dərhal sonra "cavab atəşi" daha da kəskinləşdi. Görünür, haqlı səs ucaldıqca federasiyanın "cərimə maşını" daha da sürətlənir.


​Ümumiyyətlə, bu prosesin sonu gəlmir. Oyunun gec başlaması ilə bağlı yazılan məbləğ o qədər gülməlidir ki, dünya praktikasında bənzər bir absurd tapmaq çətindir. Futbolçunun dizindəki sarğının bir balaca boşalmasına görə hakimin o ləvazimatı düzəltməsini tələb etməsini rəsmi şəxs "geyim qüsuru" kimi qeyd edərək pul kəsir. Bir dəqiqə belə çəkməyən həmin hadisənin sənədə salınması, xüsusən də ədalət təmsilçisinin Elçin Məsiyevin olması mənzərəni tam aydınlaşdırır. FİFA referisi vaxtilə Mərdəkanda baş tutan "Araz-Naxçıvan" - "Sumqayıt" oyununda səhvən komanda ilə eyni rəngli formada meydana çıxıb özünü rüsvay etmişdi. İndi isə o biabırçılığın acığını klubu boğmaqla çıxmağa çalışır. Səriştəsizliyin qisasını niyə başqası ödəməlidir?


​Əslində mənzərə çox acınacaqlıdır. Bir tərəfdən deyirlər ki, idmanı inkişaf etdiririk, illik 2.5 milyon qrant ayırırıq, digər tərəfdən isə uydurma bəhanələrlə həmin vəsaiti artıqlaması ilə geri alırlar. Komandalar azarkeşi tribunaya gətirmək üçün min əziyyət çəkir, aksiya keçirir, afişalar vurur, AFFA isə "pullarımızı geri verin" kampaniyası ilə nəfəs kəsir. 


Bu qədər nifrət, bu qədər qərəz nəyə lazımdır? Futbol kütlə, rəqabətlə gözəldir. Siz isə bu qərarlarla yaşıl meydanların canını alırsınız. Bu gün "Sumqayıt"ın başına gələnlər sabah bir başqa klubun qapısını döyəcək.


​Bir qurum "vaxtımız yoxdur" deyib ədaləti təmin etmək yerinə, qisas almaq üçün fürsət güdürsə, orada inkişafdan danışmaq olmaz. Bəsdirin bu sahəni şəxsi ambisiyalarınıza qurban verdiniz, bəsdirin bu sadiq insanları meydanlardan didərgin saldınız, bəsdirin klubların haqqına girdiniz!


​MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR