son dəqiqə SON DƏQİQƏ
Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ●

“Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Bölmə adı Şahmat
Yayımlandı 30-04-2026, 18:42

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.


Sport1.az xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.


Ardınca çıxış edən AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov festivalda rekord sayda - 980 iştirakçının mübarizə apardığını bildirib. O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Mahir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.


Sonra 2023,2024 və 2025-ci illərdə keçirilən “Baku Open” turnirlərinin ən maraqlı anlarını əks etdirən video nümayiş etdirilib.


Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanda şahmat ənənələrinin olduğunu bildirib. Nazir şahmatçıların son illər beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. Fərid Qayıbov qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.


Sonda Azərbaycan Şahmat Turunun yeni tanıtım videosu təqdim olunub. 


Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirdə 3-cü turun rəmzi ilk gedişini edib. 


Qeyd edək ki, “Baku Open” Azərbaycan Şahmat Turunun 2026-cı ildə ilk yarışıdır. Bakıdan sonra Şəkidə beynəlxalq şahmat yarışı keçiriləcək. 


Xatırladaq ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir. Yarışa mayın 6-da yekun vurulacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR