son dəqiqə SON DƏQİQƏ
U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ●

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib

Bölmə adı Şahmat
Yayımlandı 28-04-2026, 19:36

Bu gün Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalında 1-ci turun partiyaları başlayıb.


Sport1.az xəbər verir ki, I tura yarışın baş hakimi Faiq Həsənov tərəfindən start verilib.


Festival 3 qrupda – A,B və C qrupları üzrə təşkil olunur. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir.


Festival çərçivəsində eyni zamanda veteran şahmatçılar arasında Azərbaycan çempionatının partiyaları oynanılır. 


Bakı Kristal Zalında keçirilən festivalın açılış mərasimi aprelin 30-da olacaq. Yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir.


“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 50.000 ABŞ dollarına bərabərdi.


Qeyd edək ki, yarışda sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Danil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd və digərləri mübarizə aparır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR