son dəqiqə SON DƏQİQƏ
U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ●

Təsadüf, yoxsa sistem? – "Sabah"ın uğur hekayəsi

Bölmə adı Yazı / Manşet
Yayımlandı 28-04-2026, 14:35

Azərbaycan futbolunda "Sabah" artıq sadəcə iddialı klub deyil, əsas güc mərkəzlərindən birinə çevrilir. Ardıcıl ikinci il titul qazanmağa yaxın olmaları və "qızıl dubl" şansı bu yüksəlişin təsadüfi olmadığını sübut edir.


Bəs bu uğurun səbəbi nədir? Əslində hər şey planlı işin nəticəsidir. Rəqiblər heyət formalaşdırmaqla məşğul olduğu vaxtda, "Sabah"ın artıq oturuşmuş komandası və aydın oyun planı var idi.


Əlbəttə, "Qarabağ"ın bütün gücünü Çempionlar Liqasına sərf etməsi daxili çempionatda rəqabət üçün müəyyən imkanlar yaratdı. Masazır təmsilçisi də bu fürsəti peşəkarlıqla dəyərləndirə bildi.


Valdas Dambrauskasın gəlişi komandaya yeni nəfəs gətirdi. Litvalı məşqçi hər futbolçunun imkanlarından maksimum yararlanmağı bacardı. Onun dövründə edilən nöqtə transferlər də komandaya tez uyğunlaşdı və qısa zamanda nəticəyə təsir etməyə başladı.


​Masazırdan gələn bu uğur sədaları çempionatda rəqabəti artırır. Görünən odur ki, biz sadəcə bir mövsümlük çempionluğun yox, Azərbaycan futbolunda uzunmüddətli yeni bir iddialı tərəfin yaranışını izləyirik.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR