
Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
“Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm”.
– Demək olar, avrokuboklara vəsiqəni təmin etmisiniz. Növbəti oyunlarda gənclərə şans verməyi düşünmürsünüz?
– Yerli gənc oyunçular özləri bu şansı qazanmalıdır.