son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

“Yeni oyunçular istəyirdim, alınmadı” – Saşa İliç

Bölmə adı Premyer Liqa
Yayımlandı 13-03-2026, 23:20

Misli Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…


– “Şamaxı”ya qarşı oyunlar çətin olur. Şanslarımız oldu, amma dəyərləndirə bilmədik.


– Sanki futbolçular oynamır. Sizə qarşı birləşiblər, ya başqa problemlər var?

– Məncə, oyunçular döyüşürlər. Kifayət qədər çalışdılar. Nəsə problem olduğunu düşünmürəm.


– Bəs nə üçün komanda uzun müddətdir, qələbə qazana bilmir?

– Səbəbi bilmirəm. Amma bu gün əvvəlki matçlara baxanda pis oynamadıq.


– Bundan sonrakı hədəfiniz nə olacaq? Komandanı nə motivasiya edəcək?

– Avrokuboklara şansımız getdikcə azalır. Yerli oyunçulara fokuslanmalıyıq ki, təcrübə yığsınlar. Çalışacağıq, gənclərə daha çox şans verək.


– Ötən konfransda demişdiniz ki, rəhbərlik strategiyanı dəyişib. Penalti vurmağı da oyunçular qərarlaşdırır. Bu gün də məğlubiyyətin səbəbini bilmirsiniz. Baş məşqçi bəs nə işə baxır?

– Penalti epizodunda Səbuhinin vurmasını mən istəmişdim. Penalti zərbəsi xoşuna gəlməmişdi və ikinci penaltidə özləri qərar verdi. Bu mövsüm kifayət qədər penalti qaçırmışıq. Ramalinqomun da qaçırdığı penaltilər var. Burda nəsə başqa məsələ, konflikt yoxdur. Sadəcə oyunçuların alındıra bilmədiyi məsələlər var. O ki qaldı, strategiyaya. Buna hörmətlə yanaşıram. Nəticə olmayanda gənclərə fokuslanırıq. Burda qeyri-adi nəsə görmürəm.


– Böyük ümidlərlə gəlmişdiniz. Amma bəlkə, ən uğursuz dönəminiz “Sumqayıt”da oldu. Hansısa peşmançılığınız yoxdur?

– Təbii ki, nəticələrə görə təəssüflənirəm. Yaxşı başladıq. Amma bilirdik ki, müəyyən məqamda yeni oyunçular lazım olacaq. Alınmadı, bu da problem yaratdı. Bəzi komandalar kompaktdır. Çətin olacağını bilirdik. Yeni oyunçular istəyirdim, alınmadı. Bunlar da nəticələrdə rol oynadı.


– Yeni transfer olmadığından çox danışırsınız. Lakin “Kəpəz”ə, “Karvan-Yevlax”a qalib gəlmək üçün bu heyət yetərli deyil?

– Futboldur. “Qarabağ”ı səfərdə udmuşduq. Futbolda hər şey olur. Mənim danışdığım strategiyadır. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Əvvəldən müəyyən olunan strategiyanı qorumalıydıq.


– Mövsümün sonunda gedəcəksiniz?

– Müqaviləm var və işimi davam etdirirəm. O ki qaldı sözləşmənin yenilənməsinə, bilmirəm.


– Qalmaq istəyirsiniz?

– İndi bu haqda düşünmürəm. Nəticələr yaxşı deyil. Mövsümün sonuna kimi mübarizəmizi davam etdirəcəyik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR