son dəqiqə SON DƏQİQƏ
"Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb

Kurban Berdiyev "Turan Tovuz"dan ayrılaraq Rusiya klubuna keçir? - ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 17-05-2025, 20:24

Misli Premyer Liqasının 35-ci turunda "Sumqayıt" "Turan Tovuz"a məğlub oldu - 0:1.

Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Layiqli qələbə qazandıq. Bəzi epizodları dəyərləndirə bilmədik".

- Tovuzdakı oyunla bu matç arasında hansı fərqlər var idi?
- Fərq sadəcə detallardadır. Bu haqda danışmaq istəmirəm.

- Müdafiəçiləriniz zədələnməsəydi, "Turan Tovuz" mövsümü 3-cü yerdə bitirə bilərdi?
- Denis Marandiçi, Roderik Miller, Şəhriyar Əliyevin olmaması oyunumuza ciddi təsir etdi. Bir oyunçu olmayanda onu necəsə əvəz etmək olar. Demək olar ki, bütün müdafiə xətti sıradan çıxdı. Gələn oyunçuların da onların yerini tutması xeyli vaxt apardı. Yeni ilə qədər demək olar ki, ciddi səhvlərimiz olmurdu. Amma çempionatın ikinci yarısında itkilərə görə ciddi səhvlərimiz oldu.

- Mövsümü "Turan Tovuz" üçün qənaətbəxş hesab etmək olar?
- Cari "futbol ili"nin əvvəlində desəydilər ki, 4-cü yeri tutacaqsınız, bundan razı qalardım. Azərbaycan çempionatını tanımırdım. Amma çempionatın gedişinə əsasən deyə bilərəm ki, daha yaxşı ola bilərdi. Əsas oyunçularımızın yoxluğu ciddi təsir etdi.

- "Rubin"dən sabiq futbolçunuz Rusiya mətbuatına açıqlamasında bildirib ki, Kurban Berdiyev "Spartak"ın baş məşqçisi olmağa layiqdir. Bu haqda nə deyə bilərsiniz?
- Keçmiş futbolçularım sağ olsunlar, tez-tez belə açıqlamalar verirlər. Amma konkret hansısa klubla danışığımız olmayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR