son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ●

Yankoviç partladı: "Hakim mənə rədd ol dedi!" - Qalmaqalın iç üzü

Bölmə adı ---
Yayımlandı 25-04-2026, 12:07

“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah” oyunundan sonra baş verənlərə münasibət bildirib.


Sport1.az xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkələrdə yayılan videonun şərh bölməsinə bunları yazıb:


“Əgər özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:


Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı?


Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız 1 nəfər haqlı olsun?


Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?


Və xeyr, bu penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox!


Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?!


Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır.


Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyüş deməmişəm.


Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir.

Fikirləşin”.


Xatırladaq ki, “Sabah”la oyunun ardından Yankoviçin görüşün baş hakimi Rəvan Həmzəzadənin üzərinə getdiyinə dair video yayılıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR