Millətlər Liqası: Latviya və Lüksemburq C Liqasında

Bölmə adı Millətlər Liqası
Yayımlandı 31-03-2026, 23:19

UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off mərhələsinin cavab oyunları keçirilib.


Sport1.az xəbər verir ki, Latviya millisi Cəbəllüttariqi 1:0 hesabı ilə məğlub edib.


İlk oyunda da eyni hesab qeydə alındığından (1:0), iki oyunun cəminə görə 2:0 üstün olan Latviya C Liqasının ikinci qrupunda mübarizə aparacaq.


Cəbəllüttariq isə D Liqasının birinci qrupunda çıxış edəcək.


Lüksemburq millisi isə Maltanı 3:0 hesabı ilə məğlub edib. İlk görüşdə də 2:0 qalib gələn Lüksemburq, ümumi hesabda 5:0 üstünlüklə C Liqasının dördüncü qrupunda yer alacaq.


Malta isə D Liqasının birinci qrupunda mübarizə aparacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR