son dəqiqə SON DƏQİQƏ
"Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ●

Bu pankart Fransa klubuna baha başa gəldi

Bölmə adı Futbol
Yayımlandı 30-03-2026, 13:55

UEFA Avropa Liqasının 1/8 final mərhələsində İngiltərənin "Aston Villa" komandasına qarşı keçirilən oyunda (0:1) fransalı azarkeşlərin açdığı pankart və digər qayda pozuntuları "Lill" klubuna baha başa gəlib.


Sport1.az "Birmingham Live" nəşrinə istinadən xəbər verir ki, matçdan əvvəl "Lill" fanatları üzərində Fransa bayrağı, zirehli geyimdə və əlində qılınc olan Janna d’Arkın təsviri əks olunmuş böyük pankart açıblar.


Pankartda ingilis dilində "Fransızlar heç vaxt ölmür", həmçinin "Məğrur. Güclü. Qəddar" və "Janna qılıncını qaldırır, Lill döyüşməyə davam edir" şüarları yer alıb.


UEFA bu mesajı idman tədbirinə uyğun olmayan məzmun kimi qiymətləndirib. Bundan əlavə, meydana yad əşyaların atılması, pirotexniki vasitələrdən istifadə və oyunun başlanmasının gecikdirilməsi də nəzərə alınaraq, "Lill" klubu ümumilikdə 82 750 avro məbləğində cərimələnib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR