
Daha bir azərbaycanlı futbolçu tanışmış agentliklə əməkdaşlığa başlayıb.
Sport1.az xəbər verir ki, “Sabah”ın yerli oyunçusu Xəyal Əliyev “La Football Consulting” şirkətinin üzvü olub.
Tərəflər arasında razılaşmaya əsasən, Braziliya mərkəzli bu şirkət 22 yaşlı vingerin bütün transfer və müqavilə məsələlərini idarə edəcək.
Qeyd edək ki, “La Football Consulting” daha əvvəl Vüsal İsgəndərli, Murad Məmmədov və Rza Cəfərov kimi futbolçularımızın da menecerliyini həyata keçirib.