son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Xəyal qırıqlığı - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 16-10-2025, 09:00

2 gün öncə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirdi.

“Liv Bona Dea Arena”da Şotlandları qonaq etdik. Görüşün 79-cu dəqiqəsinə qədər hər şey istədiyimiz kimi gedirdi. Millimiz 3:2 hesabı ilə öndə idi, hətta nəticəni geridönüş edərək əldə etmişdik. Qonaq komandanın oyunun 46-cı dəqiqəsindən 10 nəfərlə oynadığını nəzərə alsaq, hər şey bizim üçün müsbət istiqamətdə irəliləyirdi.

Yığmamızın 2 qolunun müəllifi olan Xəyal Əliyev möhtəşəm oyunu ilə hər kəsi heyran edirdi. Bəlkə də içi məşqçi qarışıq, hamı artıq Cəbəllütariq millisinə qarşı oyunu düşünürdü. Amma bizim uşaqlar hesabı axıra qədər qoruya bilmədilər.

90+2-ci dəqiqədə bərabərlik qolunu vurduqdan sonra rəqib komandanın oyunçusu qol sevincini gəlib Azərbaycan millisinin texniki heyəti və ehtiyat oyunçularının qarşısında etdi. Artıq iplər yavaş-yavaş qopmağa başladı. Meydanda olmayan Xəyal Əliyev şotlandiyalının üzərinə qaçanda məşqçilər onu tutdular. Oyun bitəndən sonra isə azərbaycanlı futbolçu qonaqların üzərinə hücum edərək dava saldı. Hakim bu epizodda oyunçumuza ikisi sarıdan qırmızı vərəqə göstərdi. Bununla da kifayətlənməyən Xəyal “Liv Bona Dea Arena”dakı şüşəyə yumruq ataraq əlini zədələdi.

Rəşad Eyyubdan oyunçunun hərəkətləri barədə soruşanda intizamsızlıq edənin tərəfini tutdu. Xəyal cavandır. Bunu qəbul edirik. Amma bu qədər intizamsızlıq və düşüncəsizlik həm onun gələcək karyerasına, həm də Azərbaycan millisinin gələcəyinə çox pis təsir göstərir. Komandanın əsas oyunçusu olan Xəyalın növbəti görüşü buraxması, çox güman ki, yoldaşları arasında da ruh düşkünlüyünə səbəb olacaq.

İndidən gələcək matçı uduzsaq, baş məşqçinin mətbuat konfransında söyləyəcəklərini təxmin etmək çətin deyil: “Xəyalın cəzalı olması bizim üçün çox pis oldu, bəlkə də o olsa, qazanardıq.”

Xəyal indi anlayar ki, “Sabah”da niyə heyətə düşə bilmir. Axı hər şey istedadla qurtarmır. Bununla yanaşı, intizam və soyuqqanlılıq da çox vacibdir. Sən güclü futbolçu olmaq istəyirsənsə, öz hərəkətlərinə həmişə diqqət yetirməlisən. İndi Xəyalın etdiyi bu hərəkət həm özünə, həm də millimizə zərbə vurdu.

Amma belə baxanda, bizim AFFA da U-21-ə lazımi önəmi vermir. Müvəqqəti, yoxsa daimi olduğu belə bilinməyən, hətta İcraiyyə Komitəsinin də təsdiqləmədiyi bir şəxs tərəfindən idarə olunan yığmanın üzvlərindən başqa cür davranış gözləmək olmaz.

Bir sözlə, Şotlandiya ilə oyun sözün əsl mənasında “Xəyal qırıqlığı” idi.

HÜSEYN RƏŞADOĞLU

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR