
“Tottenhem” futbolçularını ciddi maaş azaldılması gözləyə bilər.
Sport1.az xəbər verir ki, “The Athletic” nəşrinin insayderi David Ornsteinin yaydığı məlumata görə, London klubunun əksər oyunçularının müqaviləsində xüsusi bənd yer alıb. Həmin şərtə əsasən, komanda mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipə düşərsə, futbolçuların maaşı təxminən 50 faiz azaldıla bilər.
Hazırda “Tottenhem” 29 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “Düşmə zonası”nda ən yüksək pillədə - 16-ci yerdə olan “Vest Hem”in isə 25 xalı var.
Beləliklə, London təmsilçisi üçün aşağı liqaya düşmə təhlükəsi hələ də aktual olaraq qalır.