son dəqiqə SON DƏQİQƏ
ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● Premyer Liqa klublarının yay transferləri ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ●

Cəfərov federasiyaya yeni baş katib seçildi

Bölmə adı Digər
Yayımlandı 21-02-2026, 15:37

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.


Sport1.az xəbər verir ki, bu vəzifəyə Əjdər Cəfərov təyin edilib.


Bundan əvvəl federasiyanın prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri kimi fəaliyyət göstərən Əjdər Cəfərov zəngin idman karyerasına malikdir.


O, 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası və əməkdar məşqçi olan Cəfərov, həmçinin olimpiya kateqoriyalı beynəlxalq hakimdir.


Əjdər Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib. O, 2010-cu ildə Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında, 2014-cü ildə isə Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakim kimi çıxış edib.


Onun fəaliyyəti dövlət və beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Həmin il Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb. 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.


Bundan əlavə, o, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR