AFFA oyuna gec gələn komandaya texniki məğlubiyyət verdi

Bölmə adı Futbol
Yayımlandı 16-02-2026, 13:33

"Yeni Suraxanı" futzal komandasına texniki məğlubiyyət verilib.


Sport1.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.


Buna səbəb komandanın ölkə kubokunun 1/8 final mərhələsində Azərbaycanın U-19 komandası ilə görüşdə təyin olunan vaxtda meydanda olmamasıdır.


Qarşılaşma baş tutmadığı üçün "Yeni Suraxanı"ya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR