Azərbaycanlı Çempionlar Liqasında "Yuventus"un oyununa nəzarət edəcək

Bölmə adı Dünya Çempionatı / Çempionlar Liqası
Yayımlandı 16-02-2026, 10:52

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.


Sport1.az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.


Kifayət Mustafayeva qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.


Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR