
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşmalı olan "Nyukasl" cəbhəsində sevindirici hadisə yaşanıb.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas üzvlərindən sayılan Joelinton zədəsini sağaldıb. Baş məşqçi Eddi Hou Britaniya mətbuatına açıqlamasında 29 yaşlı vingerin Bakı səfərində iştirakını istisna etməyib:
“Joelinton yanvarda qasıq nahiyəsindən xəsarət almışdı. İndi yaxşı durumdadır, yenidən oynamaq üçün çox çalışır. Bu da bizim üçün əla xəbərdir. Joelinton artıq özünü yaxşı hiss edir və çox pozitivdir”.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.