SON DƏQİQƏ
"Bavariya"nın əsas qapıçısı və kapitanı Manuel Noyer sıradan çıxıb.
Sport1.az xəbər verir ki, 39 yaşlı qolkiper baldır əzələsində yaranan problemə görə sıradan çıxıb.
"BILD" nəşrinin məlumatına görə, təcrübəli futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Noyer Bundesliqanın növbəti turunda "Ayntraxt"la keçiriləcək vacib qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxan Noyer qapısında 27 qol görüb, 9 matçda isə qapısını toxunulmaz saxlaya bilib. Onun Münhen təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.
Xatırladaq ki, "Bavariya" - "Ayntraxt" görüşü fevralın 21-də baş tutacaq.