
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyyənləşib.
Sport1.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı "Brentford"dan İqor Tyaqo olub. O, Yasin Ayari ("Brayton"), Patrik Dorqu ("Mançester Yunayted"), Enzo Fernandes ("Çelsi"), Eli Junior Krupi ("Bornmut"), Krisensio Sammervil ("Vest Hem"), Harri Uilson ("Fulhem") və Florian Virtzi ("Liverpul") qabaqlayıb.
24 yaşlı hücumçu yanvar ayında 5 qol vurub.