Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib

Bölmə adı Güləş
Yayımlandı 13-02-2026, 16:17

Azərbaycanın yunan-Roma güləşi üzrə gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandalarının məşqçilər heyətinin tərkibi yenidən formalaşıb.


Azərbaycan Güləş Federasiaysından Sport1.az-a verilən məlumata görə, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.


Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.


U-17 yığmasının böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.


U-15 millisində böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR