Bakıda 2011-2012-ci il təvəllüdlü atletlər arasında ölkə birinciliyi keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 12-02-2026, 12:13

Bakı Atletika Mərkəzində 2011-2012-ci il təvəllüdlü atletlərin iştirakı ilə qapalı məkanda ölkə birinciliyi təşkil olunacaq.


Bu barədə Sport1.az-a Azərbaycan Atletika Federasiyasından bildirilib.


Proqrama əsasən idmançılar müxtəlif məsafələrə qaçış, hündürlüyə tullanma, nüvə itələmə, uzunluğa tullanma və estafet növlərində qüvvələrini sınayacaqlar.


Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 13-14-də keçiriləcək.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR