
İngiltərənin “Nottingem Forest” klubunun baş məşqçisi Şon Dayç ilə yollar ayrılıb.
Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Dayç sentyabrda “Nottingem Forest”ə baş məşqçi təyin edilmişdi
Komanda Premyer Liqada 26 turdan sonra 27 xalla 17-ci sıradadır.