Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu baş tutacaq

Bölmə adı ABL
Yayımlandı 12-02-2026, 09:32

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu bu gün keçiriləcək.


Sport1.az-ın məlumatına görə, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq.


Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.


"Naxçıvan" B qrupunda 28 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 22 xalla beşinci pillədə qərarlaşıb.


Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.


Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR