Azərbaycan fiqurlu konkisürəni qısa proqram üzrə çıxış edib

Bölmə adı Digər
Yayımlandı 11-02-2026, 00:12

Italiyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.


Sport1.az xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb.


Litvintsev 63,63 xalla hələ ki, 13-cü yerdə qərarlaşıb.


Qeyd edək ki, yarışda ümumilikdə 29 idmançı iştirak edir. Onlardan ilk 24 yeri tutanlar sərbəst proqramda çıxış etmək hüququ qazanacaqlar.


Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR