
“Monako” baş məşqçisi Sebastyen Pokonyoli üçün cərimə ödəyir.
Sport1.az xəbər verir ki, Fransa təmsilçisi mütəxəssisin baş məşqçilik üçün kateqoriyası olmadığı üçün hər oyun 25 min avro cərimə ödəyir.
Klub komandanı 17 oyuna çıxaran məşqçi üçün artıq 425 min avro xərcə düşüb.
“Monako” Fransa çempionatında 21 turdan sonra 28 xalla 10-cu sıradadır.