son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Azərbaycan Basketbol Liqasında XVI turun ən dəyərli oyunçuları açıqlandı

Bölmə adı ABL
Yayımlandı 10-02-2026, 12:16

Azərbaycan Basketbol Liqasında XVI turun ən dəyərli oyunçuları (MVP) açıqlanıb.


Sport1.az xəbər verir ki, turun yekunlarına əsasən, A qrupunda “Sabah” basketbol klubunun oyunçusu Castin Tilman, B qrupunda isə “Ordu” basketbol klubunun oyunçusu Cermeyn Hed XVI turun ən dəyərli basketbolçuları seçiliblər.


Basketbolda MVP (Most Valuable Player - ən dəyərli oyunçu) - turun və ya oyunun gedişində komandasına ən çox fayda verən, nəticəyə birbaşa təsir göstərən oyunçu deməkdir. MVP seçilərkən təkcə atılan xallara yox, oyunçunun ümumi statistik göstəricilərinə və meydandakı təsirinə diqqət yetirilir.


Bu göstəricilər arasında əsasən aşağıdakılar yer alır:


"Pts" ("Points") – oyunçunun topladığı xallar


"Reb" ("Rebounds") – topun səbətdən qayıtdıqdan sonra ələ keçirilməsi


"Ast" ("Assists") – məhsuldar ötürmələr


"EFF" ("Efficiency") – faydalılıq əmsalı, oyunçunun meydandakı ümumi təsirini əks etdirən statistik göstərici


"EFF" göstəricisi oyunçunun xalları, ribaundları, asistləri, top itkiləri və digər statistik göstəricilər əsasında hesablanır və onun oyuna verdiyi ümumi töhfəni göstərir.


Qeyd edək ki, Castin Tilman və Cermeyn Hed XVI turda göstərdikləri stabil və effektiv oyunla komandalarının nəticələrinə mühüm töhfə verərək MVP adına layiq görülüblər.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR