"Renn" baş məşqçisini göndərdi

Bölmə adı Fransa
Yayımlandı 9-02-2026, 18:34

Fransa Liqa 1 təmsilçisi "Renn" baş məşqçisi Habib Beye ilə yollarını ayırıb.


Sport1.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi uğursuz nəticələrdən sonra bu qərarı verib.


Komandanın son turda "Lans"a 1:3 hesabı ilə uduzması və bunun ardıcıl 4-cü məğlubiyyət olması fonunda rəhbərlik seneqallı mütəxəssislə sağollaşmalı olub. Eyni zamanda köməkçilər -Olivye Saraqalya, Sebastyan Bişar və Yan Kavezza ilə də əməkdaşlığa xitam verilib.


Klubun rəsmi bəyanatında bildirilir ki, yeni baş məşqçi təyin olunana qədər komandanı müvəqqəti olaraq Sebastyan Tambure, Pyer-Aleksandr Lelyevr və Maksim Le Marşan çalışdıracaqlar.


Xatırladaq ki, Habib Beye 2025-ci ilin yanvarında Xorxe Sampaolinin yerinə təyin olunmuşdu. Onun "Renn"dəki fəaliyyəti cəmi 1 il çəkdi.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR