"Nyukasl" - “Qarabağ” matçına biletlərin qiyməti açıqlanıb

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 9-02-2026, 15:19

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçını stadiondan izləmək və Ağdam təmsilçisi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışda çıxarılıb.


"Köhlən atlar"ın mətbuat xidmətindən Sport1.az-a verilən məlumata görə, biletlərin qiyməti 115 manat təşkil edir.


Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə etmək lazımdır. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlər üçün "ST James' Park"da 2466 yer ayrılıb.


Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-də, Bakı vaxtı ilə 23:59-da start götürəcək.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR