"Nyukasl"ın "Qarabağ" azarkeşləri üçün ayırdığı biletlərin sayı müəyyənləşib

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 9-02-2026, 13:07

İngiltərənin "Nyukasl" klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün "Qarabağ"a ayırdığı biletlərin sayı bəlli olub.


Bu barədə Sport1.az-a "köhlən atlar"dan bildirilib.


Meydan sahibləri Azərbaycan çempionu üçün 2466 bilet ayırıb. Azərbaycanlı azarkeşlər üçün səfər biletləri bu gün, saat 15:00-da iTicket.az saytında satışa çıxarılacaq.


Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR