Həndbol üzrə Azərbaycan çempionatının VI turuna yekun vurulub

Bölmə adı Digər
Yayımlandı 9-02-2026, 13:31

Həndbol üzrə XXXII ölkə çempionatında VI tura yekun vurulub.


Bu barədə Sport1.az-a Azərbaycan Həndbol Federasiyasından bildirilib.


Qadın həndbolçuların mübarizəsində "Azəryol" "Təhsil"i 33:7, "İdman Akademiyası" "Bakı"nı 26:8, "Kür" isə "Qarabağ"ı 40:15 hesabı ilə üstələyib.


Kişilərin yarışında "Dinamo" "Təhsil" üzərində 32:31 hesablı qələbə qazanıb. "Bakı" "Azəryol"u 33:19, "Qarabağ" isə "Kür"ü 26:22 hesabı ilə məğlub edərək hesabına növbəti xalları yazdırıb.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR