Zəhra Kərimzadə bürünc medal qazandı

Bölmə adı Güləş
Yayımlandı 8-02-2026, 10:46

Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan 2026-cı ilin ilk reytinq turnirində bürünc medal qazanıb.


Bu barədə Sport1.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.


Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.


Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.


Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.


Qeyd edək ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR