Zaqrebdə qadın güləşi turnirində millimiz mübarizə aparır

Bölmə adı Güləş
Yayımlandı 7-02-2026, 18:37

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.


Sport1.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.


Yarışın ikinci günündə yığmanın 2 üzvü xalça üzərinə çıxıb.


Günay Qurbanova (59 kq) hindistanlı Rajnita Rajnıtaya tam üstünlüklə (16:3) qalib gəlsə də, yarımfinalda amerikalı Alexis Marie Janıaka (0:11) məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda mübarizədə almaniyalı Elena Heike Bruggera (0:7) uduzub.


Birgül Soltanova (68 kq) 1/8 finalda hindistanlı Nisha Nıshaya (1:8) uduzub.


Bu gün isə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR