
Azərbaycanlı futbolçu Cəlal Hüseynov “Arda” klubunda növbəti oyuna çıxıb.
Sport1.az xəbər verir ki, müdafiəçi Bolqarıstan çempionatının XX turunda ÇSKA ilə matçda iştirak edib. O, Sofiya təmsilçisi ilə görüşə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb.
Kırcalı təmsilçisi 20 turdan sonra 24 xalla 10-cu sıradadır.