son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Qvardiola “Mançester Siti”dən gedir?

Bölmə adı İngiltərə
Yayımlandı 11-02-2026, 19:36

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.


Sport1.az xəbər verir ki, klub rəsmiləri ispaniyalı mütəxəssisin planlarından hələ də xəbərsiz olduqlarını bildirirlər.


Buna baxmayaraq Qvardiolanın yayda komandanı tərk edəcəyi ilə bağlı söz-söhbətlər səngimir. “Mirror”un məlumatına görə, klub rəhbərliyi mümkün ayrılığa hazırdır və bundan çəkinmir. Klubun sədri Xaldun Əl-Mubarak xələf seçimində Qvardiolanın məsləhətlərini də nəzərə alacaq. Məqsəd “Mançester Yunayted”in (Ferqyusondan sonra) və “Arsenal”ın (Vengerdən sonra) yaşadığı tənəzzülü təkrarlamamaqdır.


Artıq “şəhərlilər”in baş məşqçi postu üçün 3 əsas namizədi də var: Enzo Mareska, Xabi Alonso və Sesk Fabreqas. Qvardiola isə mətbuata açıqlamasında müqaviləsinin hələ qüvvədə olduğunu vurğulayıb: "Milyon dəfə demişəm, müqaviləm var. Artıq 10 ildir buradayam. Bir gün gedəcəyəm, amma hələlik sözləşməm qüvvədədir".


Təcrübəli mütəxəssis klubdan ayrıldıqdan sonra məşqçiliyə fasilə verəcəyini də bildirib.


Qeyd edək ki, bu həftə “Nyukasl”ı məğlub edərək Liqa Kubokunun finalına yüksələn və həlledici matçda “Arsenal”la qarşılaşacaq “Mançester Siti” bazar günü Premyer Liqada “Enfild”də “Liverpul”un qonağı olacaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR