
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda Azərbaycan çempionatına start verilib.
Sport1.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın Dünya Atletikasının qlobal təqvim platformasında yer aldığını qeyd ediblər. Onlar çempionatın dünya və Balkan çempionatlarına seçim baxımından önəmli rol oynadığını vurğulayıblar.
Bakı Atletika Mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparır. İki gün davam edəcək yarışın proqramına üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçışı növləri daxildir.
İlk yarış gününün qalibləri:
60 metr məsafəyə qaçış (kişilər):
1. Əlhəm Nağıyev
2. Həmid Nəbiyev
3. Novruz Əsədli
60 metr məsafəyə qaçış (qadınlar):
1. Lamiyə Vəliyeva
2. Safiya Kərimova
3. Səlma Ağabəyova
400 metr məsafəyə qaçış (kişilər):
1. Nihat Tağıyev
2. Cavid Abdullayev
3. Kamran Məmmədov
400 metr məsafəyə qaçış (qadınlar):
1. İlahə Quliyeva
2. Gülçin Nağıyeva
3. Nila Heydərova
1500 metr məsafəyə qaçış (kişilər):
1. Bəxtiyar Əsgərli
2. Namiq Babayev
3. Loğman İsrafilli
1500 metr məsafəyə qaçış (qadınlar):
1. Azəri Məmmədli
2. Elina Yusupova
3. Arzu Məmmədbəyova
Üç təkanla tullanma (kişilər):
1. Rüstəm Məmmədov
2. Ramil İsmayılov
3. Raul Nəsibov
Üç təkanla tullanma (qadınlar):
1. Yekaterina Sariyeva
Hündürlüyə tullanma (kişilər):
1. Bülbül Babayev
2. Vladislav Tarusov
3. Şamxal Həsənzadə
Hündürlüyə tullanma (qadınlar):
1. Zəhra Bayramova
2. Zeynəb Qəmbərova