“Sumqayıt”ın sabiq üzvü “Naxçıvan” təmsilçisində

Bölmə adı ABL
Yayımlandı 6-02-2026, 17:53

“Naxçıvan” heyətini yeni basketbolçu ilə gücləndirib.


Sport1.az xəbər verir ki, Naxçıvan təmsilçisi Roderik Smitlə mövsümün sonunadək müqavilə imzalayıb.


ABŞ-li basketbolçu son olaraq Meksikanın “Mazatlan Venados” klubunda çıxış edib. 202 sm boya malik 26 yaşlı oyunçu 2023–2024-cü illər mövsümündə isə “Sumqayıt”ın şərəfini qoruyub.

Müəllif: Zafar Hajili