"Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 6-02-2026, 13:54

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.


Sport1.az klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən siyahıdan çıxarılan yarımmüdafiəçi Kadi Borgesin adı yenidən sifariş vərəqibnə daxil edilib.


Braziliyalı futbolçu iştirak ərizəsində Kris Kuakunu əvəzləyib


Qapıçılar: 89.Amin Ramazanov, 97.Fabian Buntiç, 99.Mateuş Koxalski


Müdafiəçilər: 2.Mateus Silva, 3.Sami Mmae, 13.Bəhlul Mustafazadı, 18.Dani Bolt, 30.Abbas Hüseynov, 44.Elvin Cəfərquliyev, 55.Bədavi Hüseynov, 81.Kevin Medina


Yarımmüdafiəçilər: 8.Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20.Kadi Borges, 21.Aleksey Kaşuk, 27.Toral Bayramov, 32.Hikmət Cəbrayılzadə, 35.Pedro Bikalyo, 9.Joni Montiel


Hücumçular: 11.Ammanuel Addai, 22.Musa Qurbanlı, 17.Kamilo Duran, 7.Nəriman Axundzadə


"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-i Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə fevralın 25-i saat 00:00-da) başlanacaq.

Müəllif: Nihat