Millilərimizin rəqibləri bəlli olub

Bölmə adı Basketbol
Yayımlandı 5-02-2026, 17:42

Basketbol üzrə yeniyetmələrdən ibarət oğlan və qız milli komandalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib.


Sport1.az xəbər verir ki, məlumatı federasiyanın rəsmi saytı yayıb. U-18 qızlardan ibarət milli komandamız B divizionunda çıxış edəcək (31 iyul – 9 avqust, Rumıniya).


Millimizin A qrupundakı rəqibləri İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları olacaq.


U-18 oğlanlardan ibarət komandamız B divizionunda mübarizə aparacaq (24 iyul – 2 avqust, Xorvatiya). Millimizin B qrupundakı rəqibləri Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarıdır.


U-20 qızlardan ibarət komandamız B divizionunda çıxış edəcək (4–12 iyul, Bolqarıstan). Millimiz A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə qarşılaşacaq.


U-20 oğlanlardan ibarət komandamız B divizionunda mübarizə aparacaq (10–19 iyul, Slovakiya). Millimizin A qrupundakı rəqibləri İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya yığmaları olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR