Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 5-02-2026, 15:16

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə ölkə çempionatı keçiriləcək.


Sport1.az federasiyaya istinadən xəbər verir ki, yarış fevralın 6-7-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.


Turnirdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən ən güclü atletlər mübarizə aparacaqlar.


Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 6-da, saat 16:00-da keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR