2026 Qış Olimpiadasında ilk yarışlar keçirildi

Bölmə adı Digər
Yayımlandı 5-02-2026, 10:40

İtaliyanın ev sahibliyi etdiyi 2026 Qış Olimpiya Oyunlarında rəsmi açılış mərasimindən əvvəl ilk yarışlar baş tutub.

Sport1.az xəbər verir ki, 2026 Qış Olimpiya Oyunlarıfevralın 6-da keçiriləcək açılış mərasimi ilə rəsmi olaraq başlayacaq. Körlinq üzrə qarışıq cütlüklərin ilk sessiyasında İsveç millisi Cənubi Koreyanı 10:3 hesabı ilə məğlub edib. Böyük Britaniya isə Norveç üzərində 8:6 hesablı qələbə qazanıb.

Günün digər qarşılaşmalarında Kanada Çexiyanı 10:5, İsveçrə isə Estoniyanı 9:7 hesabı ilə üstələyib.

Qeyd edək ki, 25-ci Qış Olimpiya Oyunları rəsmi olaraq 6–22 fevral 2026-cı il tarixlərində İtaliyanın Milan və Kortina Ampezzo şəhərlərində keçiriləcək.

Xatırladaq ki, İtaliya bundan əvvəl də Qış Olimpiya Oyunlarına iki dəfə ev sahibliyi edib — 1956-cı ildə Kortina Ampezzo, 2006-cı ildə isə Turin şəhərində.

NİHAT KƏRİMLİ

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR