İkardi Hacini geridə qoydu - YENİ REKORD

Bölmə adı Türkiyə
Yayımlandı 5-02-2026, 10:24

“Qalatasaray” Ziraat Türkiyə Kuboku çərçivəsində "İstanbulspor"la qarşılaşıb.

Sport1.az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində Ahmed Kutucunun ötürməsindən sonra topu qapıya göndərən Mauro İkardi hesabı açıb.

Argentinalı hücumçu “Qalatasaray” forması ilə vurduğu 73-cü qolla klub tarixində ən çox qol vuran əcnəbi futbolçu adına yiyələnib. Bununla da o, klubun əfsanələrindən olan Hacinin rekordunu geridə qoyub.

Qeyd edək ki, 2023-cü ilin yayında PSJ-dən “Qalatasaray”a transfer olunan İkardi indiyədək 117 oyunda meydana çıxıb, 73 qol vurub və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

NİHAT KƏRİMLİ

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR