“Quba” “Sərhədçi”yə qarşı

Bölmə adı ABL
Yayımlandı 5-02-2026, 10:11

Bu gün Azərbaycan Basketbol Liqasının 16-cı turunun B qrupunda daha bir matçı baş tutacaq.

Sport1.az xəbər verir ki, günün yeganə oyununda “Quba” “Sərhədçi” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 20:30-da start götürəcək.

Turnir cədvəlində “Sərhədçi” 20 xalla üçüncü pillədə qərarlaşıb, “Quba” isə eyni xalla dördüncü yerdədir.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib - 102:77.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR