“Mingəçevir” hücum xəttini təcrübəli futbolçu ilə gücləndirdi

Bölmə adı I Liqa
Yayımlandı 4-02-2026, 20:33

“Mingəçevir” heyətinə yeni futbolçu cəlb edib.


Sport1.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub 33 yaşlı hücumçu Amil Yunanovla mövsümün sonuna qədər müqavilə imzalayıb.


Təcrübəli forvard ötən mövsüm “Şəfa”nın formasını geyinib. Amil Yunanov “Mingəçevir”də 9 nömrəli forma ilə çıxış edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR