
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Sport1.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.
U-17 millimizin heyəti belədir:
Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”)
Müdafiəçilər: Aysu Əsədova, Aylin Azadova (“Sabah”), Ayan Abdiyeva (“Liman”), Xədicə Rəhimova (“Neftçi”), Zəhra İsmayilova (“Şəfa”), Məryəm Nuruzadə, Aylin Əliyeva (“Ulduz”), Nuray Əzizova (“Təhsil 8 İOEUGİM”)
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”)
Hücumçular: Şəhanə Mirzəliyeva (“Liman”), Zəhra Abdullayeva (“Ulduz”).