
"Araz-Naxçıvan" futzal komandası sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə qatıb.
Sport1.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
İranlı futzalçı ötən il də Naxçıvan təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.