
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Nyukasl” heyətində ayrılıq yaşanıb.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi komandanın kapitanı Camal Lassells ilə vidalaşıb. İngiltərəli mərkəz müdafiəçisi karyerasını “Lester Siti”də davam etdirəcək.
Lassells 2014-cü ilin yayında “Nottingem Forest”dən “Nyukasl”a keçmişdi. 32 yaşlı futbolçu “sağsağanlar”ın heyətində 253 rəsmi oyunda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” pley-offdakı ilk matçını fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə oynanılacaq