“Qalatasaray” əlcəzairli futbolçu üçün 15 milyon təklif etdi

Bölmə adı Türkiyə / Fransa
Yayımlandı 2-02-2026, 21:27

“Nitsa”nın yarımmüdafiəçisi Hiçam Budaui karyerasını Türkiyədə davam etdirə bilər.


Sport1.az xəbər verir ki, “Qalatasaray” əlcəzairli futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. İnsayder Ekrem Konurun yaydığı məlumata görə, İstanbul təmsilçisi “Nitsa”ya 15 milyon avroluq təklif göndərib və 26 yaşlı oyunçu ilə şəxsi şərtlərdə razılıq əldə edib.


Qeyd edək ki, Budaui bu mövsüm Liqa 1-də 18 rəsmi oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR