
İsveç millisinin və “Volfsburq”un yarımmüdafiəçisi Mattias Svanberqin adı Türkiyə nəhəngi ilə hallanır.
Sport1.az xəbər verir ki, “Qalatasaray” 27 yaşlı futbolçunun transferində israrlıdır. Türkiyə mətbuatının yaydığı məlumatda İstanbul təmsilçisinin oyunçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəldiyi iddia olunur. Hazırda klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Mattias Svanberq bu mövsüm “Volfsburq”un heyətində 18 rəsmi matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun Bundesliqa klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.