son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ●

Azərbaycan çempionatında 46 iştirakçı

Bölmə adı Şahmat
Yayımlandı 1-02-2026, 17:29

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək.


Sport1.az xəbər verir ki, yarış 6-22 fevral tarixlərində Bakı şəhərində baş tutacaq. 


Çempionatda kişilər arasında 30, qadınlar arasında isə 16 şahmatçı mübarizə aparacaq. Yarış olimpiya sistemi üzrə və FİDE-nin oyun qaydalarına əsasən təşkil olunacaq.


Ötən il olduğu kimi bu il də Azərbaycan çempionatında ölkənin aparıcı şahmatçıları iştirak edəcək. Kişilərin yarışında rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan çempionu və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində Avropa çempionu Eltac Səfərli çempionluq uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə son Azərbaycan çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digər güclü şahmatçılar iştirak edəcək.


Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların yarışına ayrılıb.


Qeyd edək ki, şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi fevralın 6-da keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR