son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

UEFA açıqladı: Koxalski ən yaxşılar sırasında

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 1-02-2026, 14:22

Çempionlar Liqasının 2025/26 mövsümünün əsas mərhələsi üzrə ən çox seyv edən qapıçılar bəlli olub.


Sport1.az xəbər verir ki, UEFA-nın statistik hesabatında Norveçin “Bodo-Qlimt” klubunun rusiyalı  “çərçivə qoruyucu”su Nikita Haykin 8 oyunda etdiyi 49 qurtarışla siyahının ilk pilləsində yer alıb. “Real”ın qolkiperi Tibo Kurtua 41 seyv ilə ikinci olub.


Reytinqdə növbəti yerləri “Marsel”dən Xeronimo Rulli və “Kayrat”ın qapıçısı Temirlan Anarbekov bölüşür – hərəsi 36 seyv. Çexiyanın “Slaviya” klubundan İndrix Stanek isə 34 qurtarışla onların ardından gəlir.


Qeyd edək ki, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski də ən çox seyv edənlər sırasında yer alıb. Polşalı qolkiper PSV-dən Matey Kovarj və “Kopenhagen”dən Dominik Kotarski ilə birlikdə 30 seyv göstəricisinə imza atıb. İlk “10-luğ”u “Nyukasl”ın qapıçısı Nik Poup (28 seyv) və “Benfika”dan Anatoli Trubin (27 seyv) tamamlayır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR